Balaxanı Gənclər festivalı

1 fevral 2022-ci il tarixində Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş idarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Balaxanı qəsəbəsində "2 fevral-Azərbaycan Gənclər günü"nün 25 illiyinə həsr olunmuş Balaxanı Gənclər festivalı keçirildi. Bakı şəhəri 81 nömrəli tam orta məktəb də tədbirdə iştirak etdi.