"Erkən nigah və onun fəsadları" adlı maarifləndirici tədbir

14 yanvar 2022-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu tərəfindən 9 "a" sinif şagirdləri ilə "Erkən nigah və onun fəsadları" adlı maarifləndirici tədbir keçirildi.Tədbirdə erkən nigaha səbəb olan risk faktorları, vaxtından əvvəl ailə qurmağın psixoloji və fizioloji fəsadlarından danışıldı. Qanunvericiliyə əsasən hər bir şəxsin 18 yaşına çatmamış ailə qurmağının yolverilməzliyi haqqında şagirdlərə məlumat verildi. Bundan başqa erkən nigaha aid videoçarxlar nümayiş etdirildi.