"Uşaqlar və hüquqları" adlı maarifləndirici seminar keçirildi

18 noyabr 2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu tərəfindən 5 "b" sinfində "Uşaq hüquqları aylığı" çərçivəsində "Uşaqlar və hüquqları" adlı maarifləndirici seminar keçirildi. Seminarda şagirdlər "Uşaq Hüquqları Konvensiyası" haqqında qanun və onun maddələri ilə tanış oldular. Eyni zamanda hər bir uşağın yaşamaq, iştirak etmək, müdafiə olunmaq və inkişaf etmək hüquqları haqqında geniş, məlumatverici videoçarx və slayd nümayiş olundu. Şagirdlərin hazırladıqları təqdimatlar oxundu.