"Dəmir yumruq" adlı breyn-rinq keçirildi.

Bakı şəhəri 81 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən məktəbin psixoloqu, kitabxanaçısı və Uşaq Birliyi Təşkilatının Rəhbəri tərəfindən "8 Noyabr-Zəfər günü"nə həsr olunmuş 7a, 7b və 7c sinifləri arasında "Dəmir yumruq" adlı breyn-rinq keçirildi. Tədbirdə ll Qarabağ müharibəsi, Qarabağ tarixinə aid suallar səsləndirildi. Sonda qalib komandalar diplom və xarı bülbül simvolu olan nişan ilə təltif olundular.