"Zəfər bayramı" adlı tədbir

Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə 6 noyabr 2021-ci il tarixində "Zəfər bayramı" adlı tədbir keçirildi. Tədbirdən öncə məktəbin müəllim və şagird kollektivinin vətənpərvərlik coşqusu ilə "Qarabağ Azərbaycandır", "Şəhidlər ölməz, Vətən bölünməz", şüarları ilə zəfər yürüşü təşkil olundu. Sonra tədbir məktəbin akt zalında davam etdirildi. Tədbirdə vaxtı ilə məktəbin məzunları olmuş müharibə iştirakçıları Mayor Hüseynov Sərxan, könüllü kəşfiyyatçı Ömərov Rüstəm, qazi Əliyev Əli iştirak etdilər. Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Vətənə, qələbəyə aid şeirlər, mahnılar söylədi, rəqslər ifa etdi. Sonda müharibə iştirakçıları və şagirdlər müəllimlər ilə xatirə şəkli çəkdirdi.