81 № li tam orta məktəbdə “Bilik günü” keçirildi

15 sentyabr “Bilik günü”.Əziz şagirdlər, müəllimlər, valideynlər! Sabunçu rayonu 81 № li tam orta məktəbdə “Bilik günü” keçirildi. Sentyabrın 15 – i Azərbaycan çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, bilik günüdür. Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün hər kəs xüsusəndə şagirdlər çox sevinirlər. Çünki onlar öz sevimli müəllimləri, mehriban sinif yoldaşları ilə görüşməyə can atırlar. Bu sevincin birləşdiyi yer isə bizim hamımızı bu isti ocağa toplayan, bizi öz qoynuna alan doğma məktəbdir. Məktəb bizim gələcəyimizə nur saçan bir elm ocağıdır. Bu gündən məktəb qapıları bütün məktəblilər üçün açıqdır. Qədəmləriniz uğurlu olsun əziz birincilər!