Sabunçu rayonu 81 № li tam orta məktəbdə möhtəşəm “Son zəng” tədbiri keçirildi

14 iyun 2016 – cı il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə paytaxtın bütün təhsil müəssisələrində olduğu kimi “Son zəng” tədbiri keçirildi. Məktəbimizi 67 məzun bitirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Əli – zadə Mehriban xanıma tədbiri açıq elan etmək üçün söz verildi. Direktor gələn qonaqlara “xoş gəlmisiniz” söylədi və məzunları təbrik edib gələcək həyatlarında uğurlar və müvəffəqiyyətlər arzu etdi. Bu il Azərbaycanda “Multikulturalizm ili” elan olunduğu üçün ibtidai sinfin şagirdləri müxtəlif ölkələrin rəqsləri ilə təbrik etdilər. Tədbir 11 – cilərin çıxışları ilə yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi