"Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi" adlı təqdimat müsabiqəsinin nəticələri bəlli oldu.

Sabunçu rayonu Mərkəz "Kiçik Akademiya"nın, YAP Sabunçu Rayon Gənclər Birliyinin təşkilatçılığı ilə "Kiçik Akademiya"ların Tarix və Coğrafiya kafedraları üzrə "Türk dünyasına baxış - Azərbaycan türk dünyasının incisi" adlı təqdimat müsabiqəsinin nəticələri bəlli oldu. Müsabiqədə 40-a yaxın məktəb iştirak edirdi. Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 8 "f" sinif şagirdi Nuridə Həbibova müsabiqədə fərqləndiyinə görə sertifikatla mükafatlandırıldı.