"Düşünülmüş peşə seçimi gələcəyimizin zəmanətidir" mövzusunda psixoprofilaktik vebinar

Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2021-2025-ci illər üzrə Fəaliyyət planına əsasən 21.04.2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu Leyla Rüstəmova tərəfindən 9-cu sinif şagirdlərinin iştirakı ilə "Düşünülmüş peşə seçimi gələcəyimizin zəmanətidir" mövzusunda psixoprofilaktik vebinar keçirildi. Məqsəd şagirdlərin peşə seçimi zamanı öz daxili potensialını, bacarığını, gəlirini, hansı peşəyə daha çox tələbat var və ən əsası məhz öz sevdikləri peşəni seçməkləri barədə maarifləndirməkdir. Görüş zamanı maarifləndirici slayd nümayiş olundu və şagirdləri maraqlandıran suallar cavablandırıldı.