"Narkomaniyaya yox deyək" adlı tədbir

Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2021-2025-ci illər üzrə Fəaliyyət planına əsasən 12 mart 2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin psixoloqu Leyla Rüstəmova tərəfindən 8 "b" sinif şagirdlərinin iştirakı ilə "Narkomaniyaya yox deyək" adlı tədbir keçirildi. Tədbirdə narkotik maddələr və onların törətdiyi faciəvi nəticələr, həmçinin onlardan müdafiə yolları haqqında maarifləndirici söhbət aparıldı. Sonda əsrin bəlası olan narkotiklərlə bağlı slayd nümayiş etdirildi və uşaqların hazırladıqları təqdimatlar oxundu.