"20 Yanvar Faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda keçirilmiş online rəsm müsabiqəsi

2 Fevral 2021-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən 20 Yanvar faciəsinin XXXI ildönümünə həsr olunmuş "20 Yanvar Faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" mövzusunda keçirilmiş online rəsm müsabiqəsində fərqləndiklərinə görə Bakı şəhəri 81 nömrəli tam orta məktəbin şagirdləri Fatimə Əliyeva və Rəbbi Məmmədov diplomla təltif olundu.