Respublika Fənn Olimpiadası

16.01.2021-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə Microsoft Teams platforması üzərindən onlayn formada Respublika Fənn Olimpiadasının məktəb turu keçirildi. Olimpiada ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdləri üzə çıxarmaq, onların meyl və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə VIII, IX, X, XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, biologiya, fizika, coğrafiya, tarix , informatika fənləri üzrə keçirildi.