Pedaqoji şuranın iclası keçirildi

27 noyabr 2020-ci il tarixində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin rəhbərliyi və pedaqoji kollektivi ilə Microsoft Teams proqramı vasitəsilə pedaqoji şuranın iclası keçirildi. İclasın keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Təhsil nazirinin 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmrindən irəli gələn məsələlər ilə məktəb kollektivini tanış etmək idi. Eyni zamanda Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı da məlumatlar verildi. Sonda qarşıda duran məsələlər, onlayn dərslərdə baş verən çətinliklər haqqında müzakirələr olundu, təkliflər dinlənildi.