“Heydər Əliyev və Müstəqil Azərbaycan “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

06.05.2016 tarixində ümumilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə Bakı şəhəri orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mərasimdə Gənclər və İdman Nazirliyinin, Prezident Administratorunın , Gənclərə Yardım fondunun məsul işçiləri Heydər Əliyev şəxsiyyəti haqqında fikirlərini, onunla bağlı xatirələrini söylədilər. Həmin mükafatlandırma mərasimində 81№ li tam orta məktəbin X sinif şagirdi Dəmirçiyeva Lalə iştirak edərək, fərqlənmə “sertifikafına layiq görüldü.