“Ana vətən bizi çağırır!” adlı tədbir keçirildi

Sabunçu rayonu 81№-li orta məktəbdə 04.05.2016-cı il tarixdə növbəti vətənpərvərlik ruhunda “Ana vətən bizi çağırır!” adlı tədbir keçirildi. Şagirdlər hal-hazırda Ermənistanın Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş əsgərlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgərlərimizə, vətənə, torpağa olan sevgilərini şeirləri və mahnıları ilə bildirdilər.Tədbirimizdə Qarabağ veteranı, o qanlı hadisələrin canlı şahidi olan Məmmədov Baba məktəbimizin direktoru Mehriban müəllimə , hərbi müəllim İbrahim Allahverdiyev, tarix müəllimi Kazım Bağırlı cıxış etdilər.