“ Lütfizadə adına I Məntiq Olimpiadası” keçirildi

Sabunçu rayonu 81 № li tam orta məktəbdə şagirdlərin beynəlxalq və ölkədaxili olimpiada müsabiqəsi yarışlarında iştirak etmək, təcrübəsini artırmaq, isdedadlı şagirdləri vaxtında üzə çıxarmaq ,onların meyl və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə “ Lütfizadə adına I Məntiq Olimpiadası” 30 aprel 2016-cı il tarixində keçirildi. Bu yarışmaya V-VI sinif şagirdlərindən 37 nəfər qatılmışdı. 30 test sualından ibarət olan test kitabçaları şagirdlərə paylanaraq saat 10.00 da olimpiadaya start verildi.