Pedaqoji Şuranın iclası keçirildi

1 fevralda məktəbdə fəaliyyət planına uyğun olaraq Pedaqoji Şuranın iclası keçirildi. İclasda məktəbin direktoru Mehriban Əli-zadə , sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilaçı Heydərova Patima, təlim-tərbiyə işləri üzrə direktor müavini Qasımova Sevinc və məktəb kollektivi iştirak etdilər. Pedaqoji Şuranı giriş sözü ilə açan məktəbin direktoru Mehriban Əli-zadə qarşıda duran vacib məsələlərdən, monitorinq qiymətləndirmənin nəticələrindən, şagirdlərin dərsə davamiyyətindən, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin vacibliyindən danışıb. İclasda həmçinin I yarımilin yekunları, buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri, Təhsil Nazirliyi tərəfindən tədris dili, riyaziyyat və xarici dil fənni üzrə V siniflərdə təşkil olunan monitorinqin nəticələri müzakirə olundu. Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi