Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiya

13-17 yanvar tarixlərində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 5 “a”, 5 “b”, 5”c”, 5 “d”, 7 “b” sinif şagirdləri Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyinə ekskursiyaya getdilər. Ekskursiyada şagirdlərə muzeyin əməkdaşları tərəfindən Azərbaycanda mülki aviasiyanın yaranmasının tarixi, müasir inkişafı, ulu öndər Heydər Əliyevin rəhbərliyi illərində aviasiyamızda həyata keçirilən layihələr, aviasiyamızda öz xidmətləri ilə fərqlənmiş təyyarəçilərimiz, ilk qadın təyyarəçilərimiz, Qarabağ şahinlərimiz, tariximizin şanlı səhifələri, qanlı günləri haqqında geniş məlumat verildi. 17 yanvar tarixində isə Milli Aviasiya Akademiyasının tələbələri tərəfindən "20 Yanvar - Ümumxalq Hüzn Günü"nün 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə “20 Yanvar - Ümumxalq Hüzn  Günü"nə aid şeirlər səsləndi, mühazirələr oxundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi