Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Təhsil Problemləri İnstitutu tərəfindən “Biologiya müəllimləri I forumu” bu il Qafqaz Universitetində təşkil olunmuşdur

19 aprel 2016 – cı il tarixində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Təhsil Problemləri İnstitutu tərəfindən “Biologiya müəllimləri I forumu” bu il Qafqaz Universitetində təşkil olunmuşdur . Bu forum ümumtəhsil məktəblərində biologiya fənninin tədrisi, biologiya müəllimi hazırlığı baxımından ölkəmizdəki mövcud təcrübənin qiymətləndirilməsi, müəllimin səriştəliliyinin inkişafı və onların İKT resurslarından istifadə imkanları ilə yanaşı beynəlxalq təhsil sistemlərindəki qabaqcıl praktikaların mənimsənilməsinə şərait yaratmışdır. Forumda 81 № li tam orta məktəbin biologiya müəlliməsi Həsənova Rüsxarə iştirak etmiş və sertifikatla tərtif olunmuşdur.