IDEA İctimai Birliyinin təşkilatçılığı ilə “Yaz həyəti” layihəsi keçirildi

Təhsil Nazirliyi, IDEA İctimai Birliyi və “Bir” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə keçirilən “Yaz həyəti" layihəsi çərçivəsində tələbə-könüllülər şagirdlərlə birlikdə məktəblərdə ağacəkmə, bitkilərə qulluq, həyətyanı sahədə iməcilik və digər işlərdə könüllü olaraq fəaliyyət göstərirlər.“Yaz həyəti” layihəsi məktəblilər və tələbələrin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə keçirilir. Sabunçu rayonu 81 № li tam orta məktəb və Bakı Musiqi Akademiyasının fortopiano fakültəsinin tələbələri də 20.04.2016-cı il tarixində bu layihəyə qoşulub. Layihə çərçivəsində məktəbin həyətyanı sahəsi təmizləndi, güllər əkildi, kreativ ideyalar həyata keçirildi, yeni yaşıllıqlar salındı, ağacların gövdələri ağardıldı və digər təmizlik işləri aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi