Narkomaniya - bəşəriyyətin bəlası

Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyətinin və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 26 dekabrda məktəbdə böyük tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, Bakı şəhər Narkoloji Dispanserin həkim- narkoloqu Pərvin Abbasova, Sabunçu Rayon Polis İdarəsinin Azyaşlıların işləri üzrə bölmə rəisi Əli Babayev qonaq qismində iştirak etdilər. Tədbiri məktəbin direktoru Mehriban Əli-zadə açdı, qonaqların çıxışları dinlənildi, narkomaniyanın insan həyatına mənfi təsiri ilə bağlı videoçarx nümayiş olundu. Sonda şagird və valideynləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi