Bullinq mövzusunda maarifləndirici sessiya

4 dekabrda məktəbdə məktəbin psixoloqu Leyla Rüstəmova və uşaq birliyi təşkilatı rəhbəri Elza Osmanova tərəfindən bullinq mövzusunda hazırlanmış təqdimat əsasında V-VII sinif şagirdləri üçün maarifləndirici sessiya keçirildi. Bullinq haqqında geniş məlumat verildi. Mövzu haqqında şagirdlərlə müzakirələr aparıldı. Sonda Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş "Mənimlə danış" kampaniyasının videoçarxı nümayiş olundu.