Bakı şəhəri 81 nömrəli tam orta məktəbin 6 " D" sinif şagirdi Qafarzadə Ələkbər 05-06-07.10.2018 tarixdə qaydasız döyüş üzrə (MMA) 11-12 yaşlı uşaqlar arasında Bakıda keçirilən dünya çempionatında ( World Martial Arts Festival) I yere , qızıl medala layiq görülmüşdür. Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.
23-24 iyun 2018-ci il tarixdə 81 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İsmayıllı Fidan 50 kq-lıq çəki dərəcəsi üzrə Bakı şəhərində Gəncler və qadınlar arasında keçirilən Kyokushinkai Karate üzrə dünya çempionatında I yerə layiq görülmüşdür.