FƏXRİMİZ

Fazil İsmayılov Bülbülə qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 208 saylı orta məktəbi bitirib. Bakı Yerli Sənaye Texnoloji texnikumunda mebel istehsalı üzrə tam kursu bitirib. Kalininqrad şəhərində sovet ordusunda xidmət edib. 1992-ci ildə Xocalı hadisələrindən sonra könüllü olaraq vətənin müdafiəsinə qalxıb. Fazil Laçında, İstisuda, Qarabağın digər bölgələrində xüsusi ilə Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə cəsurluğu ilə komandirlərin rəğbətini qazanmışdir. Ailənin sonbeşiyi olan Fazil anasını narahat etməmək üçün ”Qələbə bizimlədir” deyə cəbhədəki dəhşətli döyüşləri həmişə gizlədirdi. 25 Sentyabr 1992-ci ildəƏsgəran rayonunun Fərrux kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşdə Fazil vətənə qurban getdi. Onun igidliyi haqqında “MİLLƏT” qəzetində “Ölməzliyə qovuşan ömür”, ”SƏHƏR” qəzetində“ Kaş yarıda qalmayaydı bu yollar” adlı məqalələr dərc olunub. Son dəfə cəbhəyə yola düşməzdən əvvəl anasına söz vermişdi ki, 10-15 günə qayıdıb nişanlanacaq. Üstündən düz 14 gün keçəndən sonra İsmayılovlar ailəsinin qapısını qara xəbər döydü. Elmira ananın bütün arzuları puç oldu. Hal-hazırda Bülbülədəki 79 saylı orta məktəb 1998-ci ildən Şəhid Fazil Səlim oğlunun adını daşıyır və məktəbin 2-ci mərtəbəsində onun büstü qoyulub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi