"Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri" mövzusunda vahid dərs

Məktəbin 3 “A” sinfində “Qədim Azərbaycan dövlətlərinin bayraqları və digər rəmzləri” mövzusunda vahid dərs keçirildi.Dərs zamanı şagird təqdimatları nümayiş olundu, təqdimatlarda tarix boyu Vətən tarixində mövcud olmuş dövlətlər və onların dövlət rəmzləri haqqında məlumatlar verildi və şəkilləri nümayiş olundu. Sonda isə Müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında məlumat verildi. Tədbirin keçirilməsində məqsəd, Azərbaycanın qədim dövlətçilik ənənələrinin şagirdlərə aşılanması və onlar arasında təbliğ olunmasıdır.