"İslami dəyərlər" mövzusunda vahid dərs

Məktəbin 2 “A” sinfində “İslami dəyərlərin humanist dəyərləri, sülh ,əmin-amanlıq, gözəl və saf əxlaqa ,mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə, dözümlülüyə, elmə və inkişafa çağırış dini olması” mövzusunda vahid dərs keçirildi. Dərs zamanı İslam dini, dinimizin humanist ideyaları, müqəddəs kitabımız Qurani-Kərim haqqında, digər səmavi dinlər haqqında məlumat verildi və ağıllı lövhədə dinimizlə bağlı videomaterial nümayiş olundu. Dərsdə məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavini iştirak etdi.