"Vətənin qəhrəman oğulları" mövzusunda şagird təqdimatları

Uşaq və gənclərin sağlam düşüncəli , məntiqi təfəkkürlü ,ideya yetkin, milli kökümüzə , xalqımızın mənəvi dəyərlərinə ,adət-ənənələrinə sadiq vətənpərvər ruhda tərbiyə edilməsi və mütərəqqi dünyagörüşə mailk şəxsiyyətlər kimi formalaşdırılması istiqamətində aparılan işlərin daha da gücləndirilməsi ilə əlaqədar BŞTİ-nin F-5 nömrəli 30.01.2019-cu il tarixli əmrini icra etmək,Fəaliyyət planının reallaşdırılması ilə əlaqədar olaraq “Vətənin qəhrəman oğulları”mövzusunda şagird təqdimatları təşkil olundu.I sinif müəllimi Həsənova Elginara Azərbaycan Respublikası Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı şagirdlərin təqdimatını təşkil etdi.