"Azərbaycan dili -milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” nın aidiyyatı bəndlərinin icrasını təmin etmək məqsədilə BŞTİ-nin 01.02.2019-cu il tarixli F-75 nömrəli əmrini icra etmək məqsədilə məktəbin VI-XI sinif şagirldəri arasında “Azərbaycan dili –milli varlığımızdır” mövzusunda şeir müsabiqəsinin məktəb mərhələsi keçirildi.Müsabiqədə iştirak edən şagirdlər ana dilimizlə bağlı müxtəlif şeirlər səsləndirdilər.Müsabiqdə təlim-tərbiyə işləri üzrə direktor müavini və azərbaycan dili müəllimləri münsif qismində iştirak edirdilər.Müsabiqədə IX sinif şagirdi Babazadə Könül I yerə layiq görüldü.