"Cənubi Amerikanın daxili suları" mövzusunda " Açıq dərs"

Coğrafiya fənni üzrə Həsənova İradənin Coğrafiya fənnindən “ Cənubi Amerikanın daxili suları”mövzusunda açıq dərsi keçirildi. Təlim məqsədlərinə uyğun olraq dərsdə kollektiv və qrup işi kimi iş formalarından və müzakirə, anlayışların çıxarılması, klaster kimi iş üsullarından istifadə olundu. Dərsin motivasiya mərhələsində anlayışların çıxarılması üsulundan istifadə olundu. Qruplara bölünmüş şagirdlərə tədqiqat mərhələsində iş vərəqləri paylandı və daha sonra məlumatın mübadilə və müzakirəsi təşkil olundu. Yaradıcı tətbiqetmə mərhələsində kontur xəritə üzərində göllərin rənglənməsi həyata keçirildi. Dərs, direktor müavini,təşkilatçı müavin tərəfindən dinlənildi.