"Pifaqor teoreminin tətbiqi" mövzusunda " Açıq dərs"

Riyaziyyat ayllığı çərçivəsində məktəbin 8 “A” sinfində “Pifaqor teoreminin tətbiqi” mövzusunda Məmmədov Elşadın “açıq dərsi” keçirildi. Təlim məqsədlərinə uyğun olaraq qruplarla iş formasından,beyin həmləsi,ziqzaq kimi interaktiv iş üsullarından istifadə olundu. Tədqiqatın aparılması mərhələsində qruplara iş vərəqələri təqdim olundu. Daha sonra isə qrup üzvləri məlumatı təqdim etdilər və məlumatın mübadiləsi həyata keçirildi. Dərsin sonunda qarşıya qoyulan təlim məqsədlərinə nail olundu.