" Çoxhədlilərin toplanması" mövzusunda nümunəvi dərs

Riyaziyyat aylığı çərçivəsində məktəbin 7 “A” sinfində “ Çoxhədlilərin toplanması” mövzusunda Hacıyeva Könül tərəfindən nümunəvi dərs keçirildi. Təlim məqsədlərinə uyğun olaraq qruplarla iş formasından,beyin həmləsi,ziqzaq kimi interaktiv iş üsullarından istifadə olundu. Tədqiqatın aparılması mərhələsində qruplara iş vərəqələri təqdim olundu.Daha sonra isə qrup üzvləri məlumatı təqdim etdilər və məlumatın mübadiləsi həyata keçirildi. Dərsin sonunda qarşıya qoyulan təlim məqsədlərinə nail olundu.