Beynəlxalq Sülh Günü qeyd olundu

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.Məkəbimiz də bu günü qeyd etdi.Tədbirdə şagirdlərimiz bu günün təsis olunması barədə məlumat verdilər.Sülhə dair şeir və nəğmələr səsləndirildi,rəqslər nümayiş olundu.Tədbirin sonunda sülh rəmzi olan göyərçinlər havaya buraxıldı.