M.P.Vaqifin 300 illik yubileyi qeyd edildi

Molla Pənah Vaqif (1717-1797) – XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olmuşdur. Şairin 300 illik yubileyinin qeyd olunması münasibətilə məktəbimizdə tədbirlər planı hazırlanmış və bir sıra tədbirlər həyata keçirilmişdir.Tədbirlərdən biri şairin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə oldu.Tədbirdə şairin həyatından və ona həsr olunmuş əsərlərdən səhnələr şagirdlərimiz tərəfindən canlandırıldı.Şairin yaradıcılığından müxtəlif şeirlər səsləndirildi.