Şagirdlərin məktəbdənkənar fəaliyyətlərinin səmərəli təşkil olunması və tarixi abidələrin öyrənilməsi və təbliğ olunması məqsədilə məktəbin II-XI sinif şagirdləri üçün Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olundu.Məqsəd Vətənimizin tarixini şagirdlərə daha yaxından tanıtmaq və yurdumuzun ən qədim insanların yaşayış məskəni olduğunu şagirdlərə əyani şəkildə göstərməkdir.