21 fevral Beynəlxalq Ana dili Günü ilə bağlı tədbir keçirildi.Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Daha sonra müxtəlif xalqların dilləri ilə bağlı videorolik ümayiş olundu.VIII sinif şagirdi Ələkbərzadə Hüsna X.R.Ulutürkün “ Mənim dilim” şeirini söylədi.IX sinif şagirdi Əliyeva Nigar tərəfindən “Öz dilim şirindir”nəğməsi ifa olundu. Daha sonra M.S.Ordubadinin ana dilinə aid felyetonu şagirdlər tərəfindən canlandırıldı.VII sinif şagirdi İ.Kəmalə tərəfindən ana dili şeiri səsləndirildi.M.H.Şəhriyarın “Türkün dili”qəzəli də şagirdlərimiz tərəfindən səsləndirildi.Ümummilli Liderimiz Heydər Əliyevin Ana dilimizə verdiyi dəyərlər haqqında fikirləri səsləndirildi və videoçarx nümayiş olundu