Tariximiz və coğrafiyamız adlı breyn-rinq keçirildi

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini “Təhsili Dəyərə Çevirək” devizi adı altında həyata keçirir.Bu istiqamətdə əsas götürülən 9 hədəfdən biri də “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması nəzərdə tutulmuşdur.Aylıq çərçivəsində məktəbimizdə “Tariximiz və Coğrafiyamız” adlı breyn-rinq keçirildi.VII-X sinif şagirdlərinin iştirak etdikləri bilik yarışında şagirdlərə mövzular üzrə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası üzrə müxtəlif suallar verildi.Ən çox fəqlənən şagirdlər Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.I yer VIII sinif şagirdi Ələkbərzadə Hüsna,II yer VII sinif şagirdi Mənsimzadə Aytac,III yer VII sinif şagirdi Babazadə Könül Fəxri fərmanla,X sinif şagirdi Qasımzadə Kamran isə tarixə aid kitabla mükafatlandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi