Təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün qeyd edilməsi barədə BŞTİ-nin tədbirlər planına əsasən məktəblilərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olundu.Əsasən I-VII sinif şagirdlərinin iştirak etdiyi ziyarət zamanı şagirdlər şəhidlərin məzarı üzərinə qərənfil qoyaraq onların əziz xatirələrinə ehtiram nümayiş etdirdilər.Ziyarət zamanı bir daha şagirdlərə hadisənin tarixi barədə məlumat verildi və 20 Yanvar şəhidlərinin ruhu anıldı.