Buraxılış siniflərdə valideyn iclası keçirildi

2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək. Məktəbimizdə ilk öncə IX sinif şagirdləri arasında sınaq test imtahanı keçirildi.Daha sonra valideynləri sınaq imtahanının nəticələri ilə, buraxılış imtahanı qaydaları ilə tanış etmək məqsədilə valideyn iclası keçirildi.İclasada təlim-tərbiyə işləri üzrə direktor müavini,sinif rəhbəri,Azərbaycan dili və riyaziyyat müəllimi iştirak edirdilər.İclasda valideynlərə buraxılış imtahan qaydaları ilə yanaşı təmayülləşmə qaydaları haqqında da məlumat verildi.Buraxılış imtahanının qaydaları slaydlar vasitəsilə valideynlərə nümayiş olundu.