Narkomaniya ümumbəşəri bəladır

Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini qazandığı ilk illərdə də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər Əliyevin dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər görülüb. Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin. Lakin gəncləri düz yolundan çəkindirənlər, onları narkotik asılılığına düçar edənlər, onlar arasında narkomaniya hallarının yayılmasına çalışan qüvvələr də fəaliyyət göstərir.Bu səbəbdən məktəbimizin tədbirlər planına əsasən hüquq mühafizə orqanları ilə birgə tədbir təşkil olundu.Tədbirdə 31№li polis bölməsinin rəisi Polkovnik Leytenant İmam Mehdiyev,həmin bölmənin sahə rəisi Polis Mayoru Elmar Əliyev və məktəb rəhbərliyi iştirak edirdi.Tədbir əsasən yuxarı sınıf şagidləri tərəfindən hazırlanmışdı.Şagirdlər tərəfindən narkotik vasitələrdən istifadənin zərərləri sadalandı və video çarxlar nümayiş olundu.Məktəb şagirdləri tərəfindən mövzuya həsr olunmuş foto stendlər də hazırlanmışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi