"Beynəlxalq insan hüquqları günü" qeyd olundu.

İlk dəfə olaraq insan haqqına Fransada 1789-cu ildə qəbul edilmiş "İnsan və vətəndaş haqları bəyannaməsi"ndə rast gəlinir. Baxmayaraq ki, buna qədər insan haqlarının tanınması uzun inkişaf yolu keçmişdir. Onun inkişaf yolunda İngiltərə və Amerikada bu sahədə məlum olan xartiyalar var idi.XX əsrdə insan hüqüqları sahəsində əsas sənəd 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "İnsan hüqüqları haqqında ümumi bəyannamə" olmuşdur.1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir.9 dekabr 2010-cu ildə məktəbimizdə İnsan hüquqlarına həsr olunmuş vahid dərs keçirildi.Dərs məktəbin tarix müəllimi Fətullayev Rüstəm tərəfindən yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunmuşdu. Dərs zamanı şagirdlərə “insan hüquqları günü”nün tarixi barədə və müxtəlif hüquq normativ sənədlər haqqında məlumat verildi,həmçinin mövzuyla bağlı video çarxlar nümayiş olundu.Dərsin sonunda şagirdlərin biliklərinin möhkəmləndirilməsi məqsədilə testlər paylanıldı.