Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Sönməz Günəş" adlı ədəbi-bədii tədbir keçirildi
9 dekabr tarixində məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Sönməz Günəş” adlı ədəbi-bədii tədbir keçirildi.Tədbir iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətiniəks etdirən bir sıra məlumatlar verdilər.Şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirildi.O cümlədən Suraxanı Rayon Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmiş “Xalqa bağışlanan ömür”mövzusunda rayon məktəbliləri arasında I yer tutmuş IX sinif şagirdi Vəliyeva Fidan və fərqlənmiş Babazadə Könül təltif olundular.