"Əlillik insanlığa qüsur deyil"adlı vahid dərs keçirildi

İnsanların hamısı eyni olmur. Fiziki cəhətdən sağlam olanlarla yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və şikəstlik müxtəlif yollarla yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır. BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.Bu gün məktəbimizdə “Əlillik insanlığa qüsur deyil” mövzusunda vahid dərs keçirildi.dərsin məqsədi şagirdlərə fiziki insanlara qarşı daha diqqətli,daha qayğikeş olmaq ideyaları aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi