"Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi keçirildi.

2016/2017-ci dərs ilində “Ədəbiyyat biliciləri”müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07 noyabr 2016-cı il tarixli 722 nömrəli əmrinə uyğun olaraq,Təhsil Nazirliyinin 1 may 2015-ci il tarixli 535 nömrəli əmri ilə təsdiq edilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi qaydalarına əsasən,müsabiqənin məktəb mərhələsi keçirildi.Müsabiqənin məktəb mərhələsində VII-X sinif şagirdləri iştirak etdilər.Məktəb mərhələsinin qalibi IX sinif şagirdi İbrahimova Şahbacı seçildi.Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin mütaliəyə olan maraqlarını artırmaqdır.