“Talassemiya ilə mübarizəyə dair maarifləndirmə" işləri aparıldı.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1044 npmrəli sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər Dövlət Proqramı”qəbul edilmişdir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məktəbimizə ünvanladığı məktuba əsasən məktəbimizdə talassemiyaya dair maarifləndirmə işləri aparıldı.Məktəb rəhbərliyinin tapşırığına əsasən Həyat bilgisi müəllimi Musayeva İradə, biologiya müəllimi Tağıyeva Xədicəxanım şagirdlər arasında təbliğat işləri apardılar və dərslər keçirdilər.Aparılmış maarifləndirmə işləri şagirdlər arasında maraqla qarşılandı və şagirdlər tallasemiya haqqında kifayət qədər məlumat aldılar.