Dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

18 oktyabr Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür.25 il öncə Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını yekdilliklə qəbul etdi.Məktəbimizin Dövlət Müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş tədbirlər planına əsasən “Müstəqillik tariximiz”adlı tədbir keçirildi.Tədbirin özəlliyi ondan ibarətdir ki,tədbirin ssenarisi VII sinif şagirdi Babazadə Könül tərəfindən hazırlanmışdır.Məktəb rəhbərliyi şagirdi stimullaşdırmaq məqsədilə onu fəxri-fərmanla təltif etmişdir.