Məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb

Məktəbimizdə ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.Məktəb üzrə bir qrupda 28 nəfər şagird hazırlığa başlayıb.Məktəbin dördüncü sinif müəllimi Şirinova Hökumə hazırlıq qrupunda şagirdləri birinci sinfə hazırlayır.Məktəbin direktoru tərəfindən hazırlıq qrupunda təhsil alan hər bir şagirdə məktəbli çantası və məktəb ləvazimatları hədiyyə olundu.Dərslər Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş xüsusi proqram əsasında keçirilir.Bununla yanaşı müəllim dərs zamanı Ağıllı lövhədən istifadə edərək müxtəlif inkişafetdirici filmləri və nağıları şagirdlərə nümayış etdirir.onu da qeyd edək ki,uşaqlar bundan xüsusi zövq alırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi