Valideyn iclasları keçirilir

İlk olaraq məktəbimizə yeni qədəm qoyan birincilərin valideynləri ilə görüş keçirildi.İclası sinif rəhbəri Bağırova Mərziyə bir daha valideynləri yeni dərs ili münasibəti ilə təbrik edərək açdı.Tədris prosesi barədə danışdı.İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Kəmalə çıxış edərək məktəbin daxili nizam-intizam qaydaları barədə valideynlərə məlumat verdi və onları məktəblə sıx əməkdaşlığa çağırdı,çünki məktəbə ilk qədəm qoyan şagirdlərin uğurları üçün vacib amildir.Məktəbimizdə valideyn iclasları bu həftə də davam edəcək.