Neftçilərin peşə bayramı məktəbimizdə qeyd olundu

1994-cü il 20 sentyabr tarixində Prezident Heydər Əliyevin təşəbbüsü ilə iqtisadi və siyasi təfəkkürün bəhrəsi olan,milli həyatımızda qlobal əhəmiyyətə malik "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilənin imzalanması bu gün də müstəqil Azərbaycan Respublikasında neftçilərin peşə bayramı kimi qeyd olunur.Məktəbimizdə bu gün kiçik bir tədbirlə qeyd olundu.Məktəbin Direktoru hadisənin əhəmiyyəti barədə çıxış etdi və neftçilərimizi təbrik etdi, tarix müəllimi hadisənin tarixi barədə şagirdlərə ətraflı məlumat verdi,musiqi müəlliminin müşayiəti ilə şagirdlərin ifasında "Neftçi" mahnısı səsləndi.9-cu sinif şagirdi Əhmədzadə Cavid neftçi peşəsinin incəlikləri haqqında danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi