Bilik günü qeyd olundu

Bilik günü ilk zəng, məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət Proqramları uğurla həyata keçirilir. Məktəbimiz həm şagird kontingenti,həm də müəllim kollektivi bu günə tam hazırlaşmışdı.Məktəbimiz yeni tədris ilinə hazırlaşaraq siniflərin tərtibatını tam hazır vəziyyətə gətirmiş,yeni tədris ili üçün dərs cədvəli hazır vəziyyətdə asılmışdır."Bilik günü"nə həsr olunmuş tədbirdə birincilər daha sevincli,bir-birindən gözəl şeirlərlə çıxış etdilər.Tədbirdə məktəb müdiriyyəti,valideynlər,Bülbülə qəsəbə nümayəndəliyi iştirak edirdilər.Tədbir iştirakçılarına Suraxanı Rayon İcra başçısının təbrik məktubu oxundu.Məktəb müdiriyyəti çıxış edərək tədbir iştirakçılarını təbrik etdilər və qarşıdan gələn tədris ilində görüləcək işlər barədə danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi