Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər
Vətən müharibəsinə həsr olunmuş onlayn dərslər
Məktəbin müəllimləri tərəfindən “Qarabağ Azərbaycandır” mövzusunda onlayn dərslər keçirilir. Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planına uygun olaraq keçirilən onlayn dərslərdə Vətən Müharibəsində şəhid olanların əziz xatirəsi yad edildi və 44 günlük Zəfər Tariximiz barədə təhsil alanlara ətraflı məlumat verildi. Şagirdlər tərəfindən bir sıra şeirlər səsləndirilib və döyüşlər və vətən müharibəsinin iştirakçıları barəsində məlumat verilib.